Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:29

Rəhimov Azərbaycan idmanından danışacaq


Azad Rəhimov 
Azad Rəhimov 

-

Gənclər və idman naziri Azad Rəhimov martın 23-də keçiriləcək «İdman İctimaiyyəti Mükafatı»nın (Sport Industry Awards) təqdimat mərasimində iştirak etmək üçün Dubaya yola düşür.

«Report» bu xəbəri nazirliyə istinadən yayıb.

Xəbərə görə, bu mərasim 3-cü dəfədir ki, keçirilir. Mükafat 14 kateqoriya üzrə, son 1 il ərzində idmanın inkişafında xüsusi xidmətləri olan ölkələrə təqdim olunur.

Azərbaycan idmanında son illər ərzində görülən işlərlə iştirakçıları daha yaxından tanış etmək məqsədilə A.Rəhimovun çıxışı nəzərdə tutulur. Təqdimat əsnasında nazir Azərbaycanda keçirilmiş ilk Avropa Oyunlarını diqqətə çatdıracaq. Nazir eyni zamanda, bu il ölkədə «Formula-1» yarışlarının, Şahmat üzrə Dünya Olimpiadasının, 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarının, 2020-ci ildə isə futbol üzrə Avropa Çempionatının 3 qrup və 1 yarımfinal oyununun Bakıda keçiriləcəyi haqda məlumat verəcək.

XS
SM
MD
LG