Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 10:08

-

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsi Astara rayon sakini Natiq Xurşudovun özünü yandırmaq istəməsi olayına münasibət bildirib. Şöbə müdiri Elman Babayev deyir ki, o, özünə xəsarəti sosial müavinət ala bilməməsinə görə yetirməyib:

«AzadlıqRadiosunda Astara rayon sakini Natiq Xurşudovun özünə xəsarət yetirməsi barədə yayımlanan məlumatda bunu ünvanlı dövlət sosial yardımı ala bilməməsi səbəbindən etdiyini bildirməsi barədə qeyd edilənlər əsassızdır».

Halbuki, xəbərdə həmin fikri Natiq Xurşudovun bildirdiyi qeyd edilmirdi. Xəbərdə bildirilirdi ki, Natiq Xurşudov özünü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Astara şöbəsinin qarşısında yandırmağa cəhd edib. Hadisənin şahidləri deyirdilər ki, o, əvvəlcə sözügedən idarədə olub, oradan çıxdıqdan sonra özünü yandırmaq istəmişdi. Hadisə bu il martın 16-da baş verib.

Elman Babayev bildirir ki, N.Xurşudovun ailəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ünvanlı dövlət sosial yardımı ilə təmin olunur. Ancaq o qeyd edir ki, Natiq Xurşudov qardaşı Fəxrəddin Xurşudovun ailəsinə də ünvanlı dövlət sosial yardımı təyin olunması üçün müraciət edib. Bu müraciətinə is' müsbət cavab ala bilməyib:

«Qüvvədə olmuş müvafiq qanunvericilikdə ailənin aylıq kredit öhdəliyinin orta aylıq gəlirinin 50 faizindən çox olması ünvanlı dövlət sosial yardımının təyin olunmasından imtinaya səbəb olan hallardan biri kimi təsbit edilir. Fəxrəddin Xurşudovun ailəsinin də belə kredit öhdəliyi olduğundan, həmin ailəyə ünvanlı dövlət sosial yardımının təyin olunmasından imtina edilib. O zaman N.Xurşudova bu barədə rəsmi məlumat və izahat da verilib. Bu günlərdə yenidən mərkəzə müraciət edən N.Xurşudova bildirilib ki, bu il fevralın 5-də təsdiq edilmiş yeni qaydalarda artıq kredit öhdəliyinin olması ailəyə ünvanlı dövlət sosial yardımının təyin olunmasından imtinaya səbəb olan hal kimi göstərilməyib. Yəni, artıq sosial yardımın alınması üçün kredit məhdudiyyəti aradan qalxıb. Eyni zamanda, N.Xurşudova izah edilib ki, cari il fevralın 15-dən ölkəmizdə ünvanlı dövlət sosial yardım üzrə elektron müraciət və avtomatlaşdırılmış təyinat sistemi tətbiq edilir. Onun bir qədər əvvəl həbs olunmuş qardaşı Fəxrəddin Xurşudovun ailəsi yenidən elektron qaydada və ya sənədlərini poçt şöbəsi vasitəsilə təqdim etməklə müraciət edərsə, həmin ailənin sosial yardım almaq hüququna heç bir məmur iştirakı olmadan, avtomatlaşdırılmış qaydada baxılaraq qərar veriləcək. Lakin N.Xurşudov elektron qaydada müraciət edilməyəcəyini bildirərək, dərhal onun qardaşının ailəsinə sosial yardım təyin olunmasını tələb edib».

Günün bütün mövzuları

XS
SM
MD
LG