Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 13:51

Qızlarını öldürməkdə ittiham olunur


Vadym Kholodenko
Vadym Kholodenko

-

Dünyada tanınmış ukraynalı pianoçu Vadym Kholodenko-nun həyat yoldaşı qızlarını öldürməkdə ittiham olunur. ABŞ-ın Texas ştatının polisi qadının qızlarını öldürdükdən sonra özünü bıçaqladığını bildirir.

Sofya Tsygankova-ya ittiham martın 21-də irəli sürülüb. Qızları - 5 yaşlı Nika Kholodenko və 1 yaşlı Michela Kholodenko martın 18-də Texasda çarpayılarında ölü tapılıblar. Tsygankova isə «aşırı stress vəziyyətində» aşkarlanıb.

Qadın hazırda xəstəxanadadır.

Kholodenko 2013-cü ildə nüfuzlu «Van Cliburn» beynəlxalq piano yarışmasını udub.

Kholodenko və Tsygankova 2010-cu ildə ailə qurublar və ötən ilin noyabrında boşanma üçün müraciət ediblər.

XS
SM
MD
LG