Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:07

-

Dünyada yazıçılar kitablarını nəşriyyata təhvil verib qonorarını alaraq, növbəti kitablarını yazmağa üstünlük verirlər. Kitabın bazardakı həyatıyla nəşriyyat məşğul olur. Bu həftə Ros Barber adlı müəllif öz bloqunda "Yazıçııların kitabları satıldıqca çoxlu pul qazanması haqda mif" adlı müzakirə açıb.

O deyir ki, yazıçını dəstəkləməyin ən yaxşı yolu kitabını almaqdırsa, tutalım, qiyməti 10 dollar olan kitabı alsanız, yazıçıya nə çatır? Birbaşa yazıçıdan alsanız, ona bu pulun yarısı çatır (qalan yarısını mətbəəyə çapın pulu kimi ödəyib). Söhbət ABŞ, Britaniya kimi ölkələrdən gedir.

Kitabı müstəqil kitab dükanından alırsınızsa, yazıçıya 84 sent çatır, iri kitablar şəbəkəsindən alırsınızsa, yazıçıya 40-84 sent çatır. Kitabı Amazon-da alırsınızsa, yazıçıya 36 sent çatır. Kitabı Amazon-dakı ikinci əl kitab satıcılarından alsanız (ki, çoxları belə edir), yazıçıya heç nə çatmır. Kitabı kitabxanadan götürsəniz, Britaniyada yazıçıya 7 p.(qəpik) çatır.

Yazıçı özü öz kitabını nəşriyyatdan 50 faiz endirimlə alır, amma bəzi müqavilələrdə yazılır ki, yazıçı birbaşa oxucuya sata bilməz.

Azərbaycanda isə vəziyyət tamam başqa cürdür. Nəşriyyat ən yaxşı halda müəllifə kitabının tirajından 5 nüsxədən 100 nüsxəyə qədər kitab verir, başqa heç nə.

Əgər Qərb ölkələrində də yazıçı öz kitabını Azərbayandakı kimi özü pulla çap etdirsə, bundan daha çox pul qazanar. Bəs niyə bu variantı istəmirlər?

Ros Barber öz bloqunda açdığı, geniş müzakirə olunan mövzunun ardınca "The Guardian" qəzetində bir yazı yazıb deyir ki, bəli, yazıçı kitabı öz puluyla (self-publish) çap etsə, sonra satışını özü təşkil etsə, daha çox pul qazanar, özü də dəfələrlə çox. Kitabını özü Amazon-a qoya bilər, özü kitab dükanlarına qoya bilər. "Amma self-publishing ciddi romançılar üçün dəhşətli dərəcədə pis ideyadır, mən o romançıları nəzərdə tuturam ki, yazmağı ciddiyə alırlar, yazmağı sevirlər."

Əgər yazıçı öz kitabını "self-publish" etsə, onda o, qazanmaq üçün yazmayacaq, artıq qazanmaq üçün bazarlayacaq. Belə müəlliflər bilməlidirlər ki, onların vaxtının yalnız 10 faizi yazmağa, qalan 90 faizi isə marketinqə gedir. Bu isə yaşamaq üçün yazmaq deyil, yaşamaq üçün marketinq etməkdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG