Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 04:21

-

Birləşmiş Ştatların bu yaxınlarda İraqın şimalında açdığı kiçik baza artıq hücuma məruz qalıb. İki gün öncə İslam Dövləti (İŞİD) silahlı qruplaşmasının həmin bazaya raket hücumu nəticəsində bir dəniz piyadası öldürülüb.

Firebase Bell Prezident Barack Obama İraqdan qüvvələri çəkəndən bəri bu ölkədə açılmış ilk ABŞ bazasıdır. Obama İraqa böyük miqyaslı ABŞ quru qüvvələri yerləşdirməkdən imtina edir. Ancaq Amerika hərbçiləri getdikcə daha çox quru əməliyyatlarına cəlb olunur. Bu bazaya isə 200 əsgər yerləşdirilib.

Bazanın mövcudluğunun gizli saxlanacağı nəzərdə tutulurdu, ancaq İŞİD onun yerini öyrənə bilib. Baza eləcə də İŞİD-ə qarşı vuruşan, İranın dəstəklədiyi şiə yaraqlıların diqqətini çəkib. Hər iki qruplaşma amerikalıların İraqda hərbi iştirakına qarşıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG