Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 21:56

T.Yaqublu: “Ailələrin əzmi möhkəmdir”


-

“Bu gün bir neçə siyasi məhbus ailəsinə baş çəkdik. Ailələrin əzmi necə düşünürdüksə, elədir. Hər hansı üzüntü və ya qərginlik yoxdur”

Bunu Azadlıq Radiosuna prezidentin əfv fermani ilə dörd gün öncə azadlığa çıxan keçmiş məhbus Tofiq Yaqublu deyib.

Tofiq Yaqublu bildirir ki, bir qrup keçmiş məhbus martın 21-də hazırda həbsdə olan jurnalist Xədicə İsmayıl və hüquqşünas İntiqam Əliyevin ailə üzvlərini ziyarət ediblər:

“Ailələrin əzmi necə düşnürdüksə, elədir. Hər hansı üzüntü və ya qərginlik yoxdur. Çünki, hər iki ailə bilir ki, həbs edilənlər hansısa cinayətə yol verməyiblər. Sadəcə ictimai fəaliyyətlərinə və fəal vətəndaş mövqeyi nümayiş etdridklərinə görə həbs olunublar.”

T.Yaqublu bu missiyalarını davam etdirəcəklərini, digər məhbus ailələrini də ziyarət edəcəklərini qeyd edib.

Bu gün hər iki ailəni ziyarət edənlərin arasında keçmiş məhbuslardan Anar Məmmədli, Rəsul Cəfərov, Rəşadət Axundov və Ömər Məmmədli də olub.

Martın 17-də prezidentin verdiyi əfv fərmanı bütünlükdə 148 şəxsə şamil edilib. Azad olunanlardan 14-ü hüquq müdafiə təşkilatılarının siyasi məhbuslarla bağlı hazırladıqları siyahıda yer alırdılar.

Həmin siyahıda yer alanlardan hələ də 80-dən çoxunun həbsxanalarda olduğu bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG