Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:25

Rusiya martın 22-dən birtərəfli qaydada Suriyada atəşkəsi pozanlara qarşı güc tətbiq etməyə hazırdır.

Bunu Rusiya Baş Qərargahı baş operativ idarəsinin rəisi Sergei Rudskoy deyib.

Onun sözlərinə görə ABŞ atəşkəs rejiminə nəzarətlə bağlı Rusiyanın martın 5-də ona göndərdiyi sorğuya hələ də cavab verməyib.

Kremlin sözçüsü Dimitry Peskov isə martın 21-də bildirib ki, Rusiya ordusu Khmeymim və Tartusdakı hərbi bazaları qorumaq üçün Suriyada qalacaq.

Rusiyanın Suriyaya yeni təyyarə və vertolyotlar atması barədə ABŞ KİV-lərinin məlumatına gəldikdə isə Peskov, müdafiə nazirliyinə müraciət etməyi məsləhət görüb.

Qeyd edək ki, Rusiya martın 15-dən Suriyadakı əsas hərbi hissələrinin çıxarılmasına başlayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG