Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:54

Maxaçqalda “Sadval” ləzgi təşkilatının lideri Nazim Hacıyev öldürülüb.

Bu barədə yerli media hüquq-mühavizə orqanlarındakı mənbəə istinadla xəbər yayıb.

Onun cəsədi martın 20-də öz mənzilində tapılıb.

Bədənində çoxsaylı bıçaq yaraları aşkar edilib, faktla bağlı cinayət işi açılıb, araşdırma gedir.

2015-ci il martın 24- də təşkilatın fəalı Ruslan Magomedrahimov da öldürülmüşdü.

Bu qətlə görə cavabdehliyi hələ də heç kim üzərinə götürməyib.

Hərəkatın liderlərindən biri Albert Əsədov onun boğularaq öldürüldüyünü iddia edirdi.

İstintaq isə həmin vaxt elə bir zorakılıq əlaməti aşkar edilmədiyini bildirmişdi.

“Sadval” təşkilatı 1990-cı ildə yaradılıb.

Əsas məqsədlərindən biri ləzgi xalqının bütün sahələrdə inkişafı və Rusiya və Azərbaycandakı ləzgilərin birləşdirilməs"Sadval Azərbaycanda separatçı təşkilat hesab olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG