Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:39

Buğda idxalı azalıb


Taxıl
Taxıl

-

2016-cı ilin ilk 2 ayı ərzində Azərbaycana 16.2 mln. dollar dəyərində buğda idxal edilib. Bu, 2015-ci ilin eyni dövründə idxal edilən buğdadan 6.7 dəfə azdır.

Bu barədə xəbəri contact.az Dövlət Gömrük Komitəsinin hesabatına istinadən yayıb.

Un üyüdən kombinatı olan idxalçı şirkətlərin birindən bildiriblər ki, tədarükün kəskin azalmasına səbəb Rusiyada dollarla alış qiymətlərinin artmasıdır.

«Əgər 20 gün əvvəl gömrük sərhədində təhvil vermək şərti ilə Rusiya buğdasının tonu 163 dollara təklif edilirdisə, bu gün qiymətlər 180 dollara çatıb. Bu qiymətlər un və çörəyin pərakəndə istehsalçıları üçün əlavə yükdür» - deyə mənbə bildirib.

Eyni zamanda, şirkətdən qeyd ediblər ki, ölkədə indi buğda ehtiyatı kifayət qədərdir: «Hər şey Rusiya rublunun məzənnəsindən asılı olacaq».

2015-ci ildə Azərbaycan xaricdən 1 mln. 353 min ton buğda alıb. Bu buğdaya 296.8 mln. dollar ödənib.

XS
SM
MD
LG