Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:35

«Seçki standartlara uyğun keçməyib»


Nursultan Nazarbaev səs verir.
Nursultan Nazarbaev səs verir.

-

ATƏT müşahidəçiləri Qazaxıstanda parlament seçkilərinin demokratik seçki öhdəliklərinə uyğun keçirilmədiyini deyir.

«Qazaxıstan seçki öhdəliklərinin yerinə yetirilməsi yönündə hələ uzun bir yol getməlidir», - ATƏT seçki missiyasının xüsusi koordinatoru Marietta Tidei deyib.

Martın 20-də keçirilmiş parlament seçkilərində prezident Nursultan Nazarbaev-in «Nur Otan» Partiyası səslərin 82.15 faizini toplayıb. Bu barədə seçki komissiyası açıqlama yayıb.

İlkin nəticələrə görə, Nazarbaev-in müttəfiqləri sayılan Kommunist Xalq Partiyası və «Ak Jol» Partiyası 107-yerlik Məclisə girməkdən ötrü 7 faizlik baryeri aşıb.

Görünür, qanunvericilik orqanda yenə də, əvvəlki kimi, 3 partiya yer alacaq.

Seçicilərin 77 faizinin səsverməyə qatıldığı bildirilir.

Qərb müşahidəçiləri 1991-ci ildə müstəqillik qazanandan Qazaxıstanda heç bir seçkini azad və ədalətli saymayıb.

Martın 20-də AzadlıqRadiosunun əməkdaşları seçki qutularına bülletenlərin topayla atılması, bir nəfərin ailə üzvləri adından səs verməsi və s. pozuntuları müşahidə ediblər.

Topa bülleten atılması

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG