Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:36

Nazarbaev-in partiyası qalib gəlir


Nursultan Nazarbaev səs verir.
Nursultan Nazarbaev səs verir.

-

Qazaxıstanda martın 20-də keçirilmiş parlament seçkilərində prezident Nursultan Nazarbaev-in «Nur Otan» Partiyası səslərin 82.15 faizini toplayıb. Bu barədə mərkəzi seçki komissiyası açıqlama yayıb.

İlkin nəticələrə görə, Nazarbaev-in müttəfiqləri sayılan Kommunist Xalq Partiyası və «Ak Jol» Partiyası 107 yerlik Məclisə girməkdən ötrü 7 faizlik baryeri aşıb.

Görünür, qanunvericilik orqanda yenə də, əvvəlki kimi, 3 partiya yer alacaq.

Seçicilərin 77 faizinin səsverməyə qatıldığı bildirilir.

Qərb müşahidəçiləri 1991-ci ildə müstəqillik qazanandan Qazaxıstanda heç bir seçkini azad və ədalətli saymayıb.

Martın 20-də AzadlıqRadiosunun əməkdaşları seçki qutularına bülletenlərin topayla atılması, bir nəfərin ailə üzvləri adından səs verməsi və digər pozuntuları müşahidə ediblər.

XS
SM
MD
LG