Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:39

-

Kosovonun baş naziri Isa Mustafa martın 20-də deyib ki, qardaşı ötən ilin yayında Almaniyadan sığınacaq istəyib.

Daha öncə insajderi.com araşdırıcı saytı martın 19-da yazmışdı ki, Ragip Mustafa Almaniyanın cənub-qərbindəki Reynland-Pfalts əyalətindən sığınacaq istəyib. Xəbər portalının yaydığı sənəddə sığınacaq üçün iyunun 24-də müraciət olunduğu göstərilir. Bir neçə gün sonra Kosovo baş naziri Berlində Almaniya kansleri Angela Merkel-lə görüşüb.

Baş nazir Facebook səhifəsində məlumatı təsdiqləyib, deyib ki, qardaşı Kosovoda müalicəsi mümkün olmayan bir xəstəliyi səbəbindən ölkədən kənardan sığınacaq istəyib. Isa Mustafa deyib ki, əhvalatdan yalnız baş verəndən sonra xəbər tutub.

Son 2 ildə 70 min kosovolu AB-də sığınacaqdan ötrü müraciət edib. Yalnız Suriya, Əfqanıstan və İraq Kosovodan öndə gedir.

Günün bütün mövzuları

XS
SM
MD
LG