Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:20

-

«Azərbaycanda da qeyd olunan Novruz mərasimləri kompleksinin mühüm tərkib hissəsi sayılan «çillə gecəsi»nin (dekabrın 21-dən 22-nə keçən gecə) «Celebration of Yelda» (Yeldanın qeyd edilməsi) adı ilə UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi üçün bu il İran təşəbbüs göstərib. Dədə-babalarımızın yaratdığı bu mədəni irsə İranın sahib çıxması bizi narahat etməlidir».

Bunu «Trend»ə Milli Elmlər Akademiyası (MEA) Folklor İnstitutunun Mərasim folkloru şöbəsinin böyük elmi işçisi, fəlsəfə doktoru Atəş Əhmədli deyib.

A.Əhmədli İranda da «uzun gecə» mənasını verən «şəbi-yelda» adı ilə «çillə gecəsi»nin keçirildiyini söyləyib. Əlavə edib ki, «çillə gecəsi» Azərbaycanın bir çox ərazilərində, xüsusilə Naxçıvanda qeyd edilir.

A.Əhmədlinin deməsinə görə, dövlət səviyyəsində bu məsələyə o qədər də diqqət yetirilmir: ««Çillə gecəsi» dədə-babaların yaratdığı maddi-mənəvi irsdir. İranın bu gecəni «Celebration of Yelda» adı ilə UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına salmaq istəməsi bizi dərindən düşündürməlidir. Çünki, bizim bu dəyərlərimiz tədricən İran mədəniyyətinin nümunəsi kimi beynəlxalq qurumlara təqdim edilir».

A.Əhmədli deyir ki, hələ 6 il əvvəl BMT Baş Assambleyasının 64-cü sessiyasında Azərbaycanın təşəbbüsü ilə irəli sürülən, Əfqanıstan, İran, Qazaxıstan, Tacikistan, Türkmənistan, Albaniya, Hindistan və Makedoniyanın həmmüəllifi olduğu «Beynəlxalq Novruz Günü» layihəsi qəbul edilib.

Milli-mədəni irsə sahiblik məsələsində İranla Azərbaycan arasında müntəzəm mübahisələr baş verir. Hazırda İran tərəfi Azərbaycanın çövkən oyununu öz xalq oyunu kimi UNESCO-ya təqdim etməsini pisləyir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG