Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:43

-

Martın 23-dən 26-dək Moskvada «MİTT 2016» beynəlxalq turizm sərgisi keçiriləcək. Sərgidə Azərbaycanı Mədəniyyət və Turizm Nazirliyinin baş məsləhətçisi Leyla Verdiyevanın rəhbərliyi ilə nümayəndə heyəti təmsil edəcək.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, sərgidə, həmçinin Şahdağ Turizm Kompleksinin, «Azərbaycan Hava Yolları» QSC-nin (AZAL), «AITF» turizm sərgisinin, «Formula-1» təşkilat komitəsinin və 20-ə yaxın yerli turizm şirkəti təmsilçilərinin iştirakı planlaşdırılır.

Beynəlxalq sərgidə Azərbaycanın turizm potensialı icarəyə götürülmüş 72 kvadratmetrlik pavilyonda nümayiş olunacaq. Burada Azərbaycanın görməli yerləri, mədəni-tarixi abidələri, mehmanxana və turizm obyektləri təqdim ediləcək.

Mədəniyyət və Turizm Nazirliyi artıq onuncu dəfədir ki, «MITT» beynəlxalq turizm sərgisində iştirak edir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG