Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:44

-

Suriya müxalifəti martın 20-də Cenevrədə sülh danışıqlarında bildirib ki, Prezident Bashar al-Assad rejiminin danışıqları ertələmə təklifinə qarşıdırlar. Assad rejimi danışıqların növbəti raundunun 13 aprel parlament seçkisindən sonra keçirilməsini təklif edir.

Müxalifətin Ali Danışıqlar Komitəsinin sözçüsü Salim Al-Muslat Cenevrədə jurnalistlərə deyib ki, onlar danışıqları davam etdirirlər və “qanunsuz seçkilərin keçirilməsindən ötrü hər hansı ertələməni qəbul etməyəcəklər”.

Assad fevralda təklif edib ki, aprelin 13-də seçki keçirilsin. Suriyada seçki dörd ildən bir keçirilir və sonuncu 2012-ci ildə baş tutub.

Ötən həftə müxalifət və hökumət təmsilçiləri Cenevrədə danışıqlar aparır. Vasitəçi BMT-nin Suriya üzrə xüsusi elçisi Staffan de Mistura-dır.

De Mistura deyib ki, martın 24-də danışıqları dayandırmağı və aprelin əvvəlində Cenevrədə yenidən başlatmağı planlaşdırır.

Günün bütün mövzuları

XS
SM
MD
LG