Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:54

Maaş cədvəlinə qol çəkənlər azalıb


karikatura
karikatura

-

Manatın məzənnəsinə “dekabr zərbəsindən” sonra iqtisadiyyatda eniş daha da kəskin şəkil alıb. Artıq hökumətin özü də belə qısa bir dövrdə 15 min 700 nəfərin daimi işini itirdiyini etiraf edir.

Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, bu ilin fevralın 1-ə maaş cədvəlinə qol çəkən işçilərin sayı 1 milyon 488 min 300 nəfərə düşüb. Bu, təxminən 2012-ci ilin göstəricisinə (1 milyon 480 min 700 nəfər) yaxındır.

MİNGƏÇEVİR VƏ YEVLAX ŞƏHƏRLƏRİNDƏ...

Hələ dekabrın əvvəllərində daimi çalışan işçi sayı bu ilin fevralına nisbətdə 15 min 700 nəfər çox idi. Təkcə yanvar ayında 7500 nəfər işsiz qalıb. Böhranın hələ iməklədiyi 2014-cü illə müqayisədə isə muzdla işləyənlərin sayı 31 min 400 nəfər azalıb. Bunun ölkə miqyasında nə anlama gəldiyini daha aydın təsəvvür etmək üçün 2014-cü ildə Mingəçevir və Yevlax şəhərlərində “maaşdan-maaşa” yaşayanların toplam sayının 33 min nəfər olduğunu xatırlatmaq yetər.

DSK-nın məlumatlarına görə, son bir ildə sənaye sektorunda 14 min 600 iş yeri bağlanıb.

Prosesin dayandığını söyləmək hələ tezdir. Müstəqil iqtisadçılar hökumətin iqtisadiyyatın bərpasına yönəlik islahatların yaxın zamanlarda nəticə verəcəyini gözləmirlər. İslahatlar deyərkən, söhbət sərmayəçilərə və idxal edilən investisiya təyinatlı mallara vergi güzəştlərinin tətbiqindən gedir.

"BİR NƏFƏRİN YERİNƏ..."

İş yerlərinin bağlanmasını AzadlıqRadiosuna şərh edən iqtisadçı ekspert Azər Mehtiyev buna böhranın real iqtisadiyyatda törətdiyi fəsad kimi yanaşır: «Hökumət iş yerlərinin bağlanmasının qarşısını almaqda acizdir. Hələ ki, düşünülmüş addımlardan daha çox xaotik tədbirlərin şahidi oluruq. Söhbət özəl bölmədə işdən azad olunanların dövlətin müəssisə və təşkilatlarında müvəqqəti işlə təminatından gedir. İş yerlərinin bağlanmasını önləmək məqsədilə bir çox hallarda maaşlar da azaldılır, bir nəfərin yerinə - daha az əmək haqqına, iki nəfər işləyir».

Yanvarda dövlət bölməsində çalışanların sayı 2700 nəfər, özəl şirkətlərdə işləyənlərin sayı isə 4800 nəfər azalıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG