Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:35

-
Dövlət Sərhəd Xidmətinin hərbi hissə və bölmələrində “Valideyn günləri” keçirilib.
Xidmətin mətbuat mərkəzi bildirir ki, bu təlim-tərbiyə işinin yüksəldilməsi, şəxsi heyətin vətənpərvərlik ruhunda tərbiyəsi və hərbi kollektivlərdə sağlam mühitin yaradılması üçün əhəmiyyətlidir.

Novruz bayramı ərəfəsində Dövlət Sərhəd Xidmətinin Bakı, Horadiz, Göytəpə, Lənkəran, Xudat, Şəki, Zaqatala , Şəmkir və Yevlax qarnizonlarında “Valideyn günləri” təşkil edilib. Tədbirlərdə Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev də iştirak edib:

““Valideyn günləri”ndə qonaqlara öncə hərbi hissə barəsində ümumi məlumat verilib. Valideynlər əsgərlər üçün yaradılmış xidmət və məişət şəraiti ilə yaxından tanış olublar. Valideynlər əsgər yeməkxanasında bayram süfrəsi arxasında övladları ilə birgə nahar etdikdən sonra, incəsənət ustalarının iştirakı ilə konsert proqramları keçirilib”-deyə mərkəzin məlumatında qeyd edilib

Günün bütün mövzuları

XS
SM
MD
LG