Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:35

İsmayıl Kadarenin yeni romanı çıxıb


-

Tanınmış alban yazıçı, "Ölü ordunun generalı" romanının müəllifi İsmayıl Kadarenin ingiliscə yeni romanı çıxıb: "Sürgündə bir qız". Bu romanın albancası 2009-cu ildə Albaniyada çap olunub.

İsmayıl Kadare "Ölü ordunun generalı" romanında böyük faciə ilə qroteski ustalıqla birləşdirmişdi. "Sürgündə bir qız" isə faciə ilə mifi birləşdirir.

Romanın protoqanisti dramaturq Rudian Stefa inadcıldır, mürəkkəb xasiyyəti var, xoşagəlməz tipdir, öz burnundan o tərəfi görmür. Arvadından gizli bir qadınla - Migena ilə görüşür, təsadüfən onu öldürür.

Kommunist Partiyası Komitəsi onu dindirəndə məlum olur ki, təhqiqatçılar daha çox Migenanın rəfiqəsinin, dramaturq Stefanın son kitabıyla birikdə ölü tapılmış Lindanın ölüm işilə maraqlanırlar.

Ardınca təhqiqatın detalları, Stefanın pyesindən hissələr, Orfey və Evridik mifi mövzusu gəlir.

Stefanın pyesindəki ruh gerçək məhkəmədə şahidlik edir, amma onu öldürmüş qatil ruhun ifadəsini eşitmir, ruhun qatilə üz tutub dediyi sözləri isə hakimlər eşitmirlər. Melodrama mifə, mif isə melodramaya çevrilir.

İ.Kadarenin "Sürgündə bir qız" kitabı ölüylə, ölümlə, kölgəylə, itkiylə yaşamaq haqda kitabdır.

XS
SM
MD
LG