Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:00

Arxiv açıldı, əfsanə puça çıxdı


Sergey Mironenko
Sergey Mironenko

Rusiya Dövlət Arxiv idarəsinin uzun müddət direktoru olmuş Sergey Mironenko İkinci Dünya Müharibəsi zamanı sovet əfsanəsinə çevrilmiş «Panfilovun qəhrəmanları» ilə bağlı əhvalatın uydurma olmasını üzə çıxarandan sonra işini itirib.

Sergey Mironenko Arxiv İdarəsinə 1992-ci ildən bəri rəhbərlik edirdi.

AzadlıqRadiosu-nun rus xidmətinə verdiyi müsahibəsində o deyir ki, dəyişiklik «kollektiv qərar» nəticəsində verilib, mədəniyyət naziri Vladimir Medinsky ilə 2015-ci ildə arasında yaranmış konflikt bu məsələdə rol oynamayıb.

DİREKTOR TAPINTISININ GÜDAZNA GEDİB

Ancaq gündəlik «Moskovskiy Komsomoleç» arxivdəki mənbələrinə istinadən yazır ki, həmkarlarının Mironenko-dan narazılığı olmayıb və ola bilsin ki, hakimiyyət dairələri ilə yaşadığı münaqişə onun gözlənilməz istefasına səbəb olub. Direktorluq onun müavini Larisa Rogovaya həvalə edilib.

O, ötən ilin yayında sovet rəsmilərinin 1948-ci ildə İkinci Dünya Müharibəsi əfsanəsi kimi tanıdılan və bu gün də populyar olan «28 Panfilov qəhrəmanı» barəsində arxivdə saxlanan yazışmalarını çap etməklə Putin hakimiyyətini pis vəziyyətdə qoyub.

Panfilovlarla bağlı əhvalat belədir: 1941-42-ci ilin sərt qışında Moskvanın müdafiəsi zamanı general-mayor İvan Panfilovun diviziyası alman tanklarına qarşı şücaətlə döyüşür, diviziyanın 28 əsgəri, (biri təslim olmaq üçün əllərini açdığı zaman yoldaşları tərəfindən güllələnir) qəhrəmancasına həlak olur və ölümündən sonra milli qəhrəmana çevrilirlər. Ölümündən sonra onlara «Sovet İttifaqı Qəhrəmanı» adı verilib. «Panfilov qəhrəmanları» və ya «Qəhrəman Panfilovçular» adlandırılan küçə və məktəblər var. Bu günlərdə Mədəniyyət Nazirliyinin dəstəyilə onlar haqqında film də çəkilib.

«TAM MƏXFİ»

Dövlət Arxivində saxlanan sovet rəsmiləri arasındakı «Tam məxfi» adıyla qriflənən 1948-ci il yazışmasından məlum olur ki, «28 Panfilovçu»ların heç də hamısı həmin döyüşlərdə ölməyib. Yazışmada «28 Panfilovçu»dan biri olan Dobrobabin soyadlı serjantın almanlara əsir düşdüyünü, onlara işlədiyini, sonradan sovet əsgərlərinə yaxalandığından danışılır. Sorğu-sual zamanı məlum olub ki, onunla birgə Panfilov diviziyasında almanlara qarşı döyüşmüş daha bir neçə əsgər də sağdır.

Dobrobabin sovet əsgərlərindən qaçıb yenidən almanlara qoşulur və bir də 1947-ci ildə təzədən sovet hərbçilərinə əsir düşür.

«28 Panfilovçu»nun heç də hamısının ölmədiyi sovet rəsmilərinə məlum olsa da, artıq onlar bu həqiqəti ictimailəşdirmirlər.

İyulun 20-də Mironenko AzadlıqRadiosu-nun rus xidmətinə bildirib ki, Panfilov əfsanəsi mif deyil, sadəcə, saxtalaşdırılıb.

HƏQİQƏT PUTİN HAKİMİYYƏTİNİN XOŞUNA GƏLMƏYİB

Vladimir Putin
Vladimir Putin

Arxiv direktonun üzə çıxardığı bu faktlar İkinci Dünya Müharibəsində Sovet qələbəsinə varislik edən və Sovet dövrünün nostalgiyasını öz dəsti-xəttində göstərən Putin hökumətinin xoşuna gəlməyib.

Məktubların çapı mədəniyyət naziri Vladimir Medinisky Mironenkonu «öz işiylə məşğul olmamaqda» ittiham edib: «Rusiya arxivinin direktoru nə jurnalistdir, nə yazıçıdır, nə də tarixi saxtakarlıqla mübarizə aparan biridir. Əgər o öz vəzifəsini dəyişmək istəyərsə, biz onu başa düşərik».

Mironenko hakimiyyəti əvvəl də təngə gətirib. O, 2015-ci ildə yüksək vəzifəli dövlət rəsmilərinin də qatıldığı Rusiya mediası Dünya Konqresində sovet miflərinin əleyhinə çıxış edib.

XS
SM
MD
LG