Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:09

Qum-qum der idi ağacda qumru


İllüstrasiya
İllüstrasiya

-

Klassik Şərq ədəbiyyatında Bahariyyə adlı ayrıca şeir yolu var. Bahariyyə qəzəl, qəsidə, məsnəvi və başqa formalarda yazıla bilərdi. XVI əsr Azərbaycan şairi Şah İsmayıl Xətayinin "Dəhnamə" əsərinin başlanğıcı bahariyyəyə bir nümunədir:

Qış getdi, yenə bahar gəldi,
Gül bitdi və laləzar gəldi.
Quşlar hamısı fəğanə düşdü,
Eşq odu yenə bu canə düşdü.

Yer geydi qəbayi-xirzpuşan,
Cümlə dilə gəldi ləbxamuşan.
Sərvin yenə tutdu damənin su,
Sərv üstə oxudu faxtə gu-gu.

Qönçə dəhəni çəməndə xəndan,
Gülməkdən ənar açıldı dəndan.
Bülbül oxudu süfati-hicran,
Dəryadə dür oldu əbri-neysan.

Durna uçuban havayə düşdü,
Laçın aluban ovayə düşdü.
Alma ağacı dibində sayə,
Tən eylər idi bulutda ayə.

Yaşın yerə tökdü əbri-neysan,
Bülbüllər oxudu səd həzaran.
Mey bəslədi jalə hər vərəqdə,
Turac kitab oxur təbəqdə.

Qum-qum der idi ağacda qumri,
Məst oldu bənövşə içdi xəmri.
Şax üstə qabaqlar astı halı,
Qu gərdənindən verir misalı.

Quş beşçələri ünü yuvadən,
Məktəb ünü tər gəlir həvadən
Boyandı zəmin həzar rəngə,
Övraqi-şəcər də təngə-təngə.

Neylufər açıldı suya girdi,
Pirahənini başına bürdi.
Çinar əlini çu rəqsə açdı,
Gah xırda zərin şəbanə saçdı.

Çaylar bulandı, yıxdı arxın,
Bağlar ağacı göyərtdi şaxın.
Yarpağı ağaclar üstə lərzan,
Kimisi çu tir, kimisi peykan.

Səh tuti axar şəkər kəlamın,
Qənd ilə pür etdi bəndü damın.
Döndü vətəninə cümlə quşlar,
Gəldi yuvasına qırlaquşlar…

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG