Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 06:13

İstanbulda yaralananlardan 12-si əcnəbidir


İstanbulda terror - 19 mart 2016
İstanbulda terror - 19 mart 2016

-

Martın 19-da Türkiyənin İstanbul şəhərində törədilən partlayışda yaralananlardan 12-si əcnəbilərdir. 6-sı İsrail, 2-si İrlandiya, 1-i Almaniyadandır. Qalanları İslandiya, Birləşmiş Ərəb Əmirliklər və İran vətəndaşlarıdır.

Partlayışda intiharçı-terrorçu daxil olmaqla, 5 nəfər ölüb, 36 nəfər yaralanıb. Yaralılardan 7-sinin vəziyyəti ağırdır.

Partlayışın baş verdiyi İstiqlal prospekti İstanbulun mərkəzi, turistlərin sıx olduğu yerdir. Bomba terrorçu-kamikadze yolda gedərkən vaxtından əvvəl partlayıb.

Polis hazırda terrorun hədəfinin hansı istiqamət və kimlərin olmasını araşdırır.

XS
SM
MD
LG