Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:48

İstanbulda partlayış: 5 ölü, 36 yaralı


Partlayışdan sonra polis prospekti bağlayıb.

Partlayışdan sonra polis prospekti bağlayıb.

-

Yaralananlardan 12-si əcnəbilərdir.

Martın 19-da Türkiyənin İstanbul şəhərində törədilən partlayışda yaralananlardan 12-si əcnəbilərdir. Onlardan 6-sı İsrail, 2-si İrlandiya, 1-i Almaniyadandır. Qalanları İslandiya, Birləşmiş Ərəb Əmirliklər və İran vətəndaşlarıdır.

Partlayışda intiharçı-terrorçu daxil olmaqla, 5 nəfər ölüb, 36 nəfər yaralanıb. Yaralılardan 7-sinin vəziyyəti ağırdır.

Partlayışın baş verdiyi İstiqlal prospekti İstanbulun mərkəzi, turistlərin sıx olduğu yerdir. Bomba terrorçu-kamikadze yolda gedərkən vaxtından əvvəl partlayıb.

Polis hazırda terrorun aktının hədəfinin hansı istiqamət və kimlərin olmasını araşdırır.

+++

Martın 19-da Türkiyənin İstanbul şəhərində partlayış olub.

Partlayış İstanbulun mərkəzində - İstiqlal prospektindəki Balo küçəsində baş verib.

Azı 5 nəfər ölüb, 20 nəfər yaralanıb.

Partlayışın gücündən ətrafdakı binalar da zərər görüb.

Əraziyə çoxlu sayda təcili yardım maşınları gətirilib.

Partlayışdan sonra polis prospekti bağlayıb.

İstanbul valisi Vasip Şahin partlayışı intiharçı-terrorçunun törətdiyini bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG