Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:57

-

Bakıda dəm qazından 54 yaşlı İran vətəndaşının öldüyü bildirilir. APA-nın Nəsimi rayon Polis İdarəsinə istinadən verdiyi xəbərə görə, hadisə Y.Çəmənzəminli küçəsi, ev 9-da qeydə alınıb.

Həmin ünvanda kirayədə yaşayan 54 yaşlı Məcid Süleymanzadənin hamamda meyiti tapılıb. Onun dəm qazından boğulduğu güman edilir. Faktla bağlı araşdırma aparılır.

Qış aylarında Azərbaycanda dəm qazından ölüm halları tez-tez təkrarlanır. Mətbuatın yazdığına görə, təkcə bu ay Azərbaycanda 10-dan çox şəxs dəm qazından ölüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG