Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 22:37

Əliyev Putin-ə başsağlığı verdi


İlham Əliyev və Vladimir Putin
İlham Əliyev və Vladimir Putin

-

Prezident Ilham Əliyev sərnişin təyyarəsinin qəzaya düşməsinə görə rusiyalı həmkarı Vladimir Putin-ə başsağlığı verib.

AZƏRTAC-ın xəbərinə görə, İ.Əliyev məktubunda qeyd edib ki, «Boeing 737-800» təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı barədə xəbər onu dərindən kədərləndirib:

«Azərbaycan xalqı adından, şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və bütün Rusiya xalqına dərin hüznlə başsağlığı verirəm».

Rusiyanın Rostov şəhərinin hava limanına enmək istəyən «Boeing 737» sərnişin təyyarəsi qəzaya uğrayıb. 62 nəfərin öldüyü bildirilir.

XS
SM
MD
LG