Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 22:08

-

«2008-ci ildən indiyədək 1434 nəfər əcnəbi Azərbaycan vətəndaşlığına qəbul edilib».

Bu fakt Dövlət Miqrasiya Xidmətinin rəhbəri Firudin Nəbiyevin AZƏRTAC-da dərc edilən məqaləsində öz əksini tapıb.

Firudin Nəbiyev bildirir ki, ötən il 53200 əcnəbiyə və onlarla birlikdə miqrasiya etmiş 18 yaşına çatmamış uşaqlara müvəqqəti, 2640 nəfərə isə daimi yaşamaq icazəsi verilib.

Xidmət rəhbəri qeyd edir ki, ötən il əcnəbi və vətəndaşlığı olmayan 26567 şəxs inzibati qanunvericiliyin tələblərini pozub. Bununla bağlı tədbirlər görülüb.
Azərbaycanda Dövlət Miqrasiya Xidməti 2007-ci ildə yaradılıb. Elə bu üzdən bu qurum yalnız 2008-ci ildən baş verənlərin statistikasını aparıb.

Yerli mətbuatın yazdığına görə, Azərbaycana yaşamağa gələnlərlə müqayisədə ölkədən birdəfəlik mühacirət edənlərin sayı qat-qat çoxdur. Ancaq bunun statistikası açıqlanmır.

Günün bütün mövzuları

XS
SM
MD
LG