Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 15:58

Martın 18-də futbol üzrə Avropa Liqası 1/4 final mərhələsinin püşkü atılıb.

İsveçrədə keçirilən tədbirdə 1/4 finalın cütlükləri müəyyənləşib.

Çempionlar Liqasında olduğu kimi Avropa Liqasında da İspaniya 1/4 finalda 3 klubla təmsil olunub.

Özü də "Atletik" (Bilbao) və "Sevilya" üz-üzə gəlməli olacaqlar.

Avropa Liqasında 1/4 finalın ilk oyunları aprelin 7-də, cavab görüşləri isə bir həftə sonra keçiriləcək.

Avropa Liqasında 1/4 finalın cütlükləri:

"Braqa" (Portuqaliya) - "Şaxtyor" (Donetsk, Ukrayna)

"Vilyareal" (İspaniya) - "Sparta" (Çexiya)

"Atletik" (Bilbao, İspaniya) - "Sevilya" (İspaniya)

"Borussiya" (Dortmund, Almaniya) - "Liverpul" (İngiltərə)

Günün bütün mövzuları

XS
SM
MD
LG