Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:30

-

Həbsdə olan şair Saday Şəkərlinin martın 16-da tibb məntəqəsinə yerləşdirilib.

Bu haqda Azadlıq Radiosuna şairin hüquqlarını müdafiə komitəsindən Eldəniz Quliyev məlumat verib.

Eldəniz Quliyevin dediyinə görə, S. Şəkərlinin səhhətində problemlər yaranıb. Müdafiə komitəsi rəhbəri, şairin ən qısa zamanda azadlığa buraxılmasının vacib olduğunu bildirir:

“Biz müdafiə komitəsi olaraq Saday Şəkərlinin həbsdə olmasının səbəbkarı olan Vergilər Nazirliyini ədalətə çağırırıq. Dünən (martın 17-də) ölkə başçısı əfv sərəncamı verib. Nazirlik də bundan nümunə götürüb şikayətini geri götürməlidir” - deyən Eldəniz Quliyev martın 28-də S.Şəkərlinin məhkəməsinin başlanacağını qeyd edib:

“Yazıçılar Birliyi S.Şəkərlinin azadlığa buraxılmasına yardım etmələri üçün baş prokurora müraciət ünvanlayıb . Martın 28-də keçiriləcək məhkəmədə bunun nəticəsini gözləyirik. Vergilər Nazirliyi S. Şəkərli ilə bağlı şikayəti geri götürsə, onun həbsinin ev dustaqlığı ilə əvəz edilməsinə də kömək ola bilər”.

Yazıçılar Birliyinin üzvü olan şair Saday Şəkərli ötən il dekabrın 23-də həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədilə hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham irəli sürülüb. Rəsmi məlumata görə, şair Vergilər Nazirliyinin vəzifəli şəxsinin müraciəti əsasında həbs olunub.

Şairin işini Baş prokuror yanından Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi araşdırıb. İşə Ağır Cinayətlər Məhkəməsi baxacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG