Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:39

Çexiya polisi “Qanuni oğru” olduğu bildirilən rusiyalını həbs edib.

O mütəşəkkil cinayətkarlıqda şübhəli bilinir.

Çexiya polisi 1963-cü ildə Gürcüstanda doğulmuş Rusiya vətəndaşının fevralın 16-də həbs edildiyini bildirir.

Çexiya polisinin sözçüsü Pavel Hanak onunla əlbir olan 1983-cü il təvəllüdlü Ermənistan vətəndaşının da həbs olunduğunu deyir.

Onlara qarşı hələlik hədə-qorxu və qarayaxma ilə pul qopama ittihamı irəli sürülüb.

Onlar Praqa və Karlovı Varıda qanunsuz fəaliyyətlə məşğul olan cinayətkar dəstə ilə əlbir olmaqda şübhəli bilinirlər.

Hanak həmin qrupun Ermənistan, Gürcüstan, Rusiya və Ukrayna vətəndaşlarından ibarət olduqğunu deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG