Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:18

-

Avropa Parlamentinin (AP) Azərbaycan üzrə məruzəçisi Norica Nicolai prezidentin əfv sərəncamı ilə 137 nəfərin həbsdən azad olunmasını sevinclə qarşılayıb.

APA-nın xəbərinə görə, məruzəçinin Avropa Parlamentində üzvü olduğu Avropa naminə Liberal Demokratların Alyansı qrupu adından martın 18-də yaydığı bəyanatda belə deyilir.

Məruzəçi bəyanatında həbsdə hələ də azadlığa buraxılmalı olan simaların qaldığını bildirib:

«Azad edilmiş insanların 13-ü siyasi məhbus hesab olunurdu. Bununla belə, jurnalist Xədicə İsmayıl, insan hüquqları üzrə vəkil İntiqam Əliyev və müxalif siyasətçi İlqar Məmmədov hələ də həbsdə qalmaqdadır».

Məruzəçi qeyd edir ki, Azərbaycan insan hüquqlarının qorunmasına xidmət edən qətiyyətli addım atıb:

«Ümid edirəm ki, bundan sonra digər məhbuslar da azadlığa buraxılacaq. Bu, çox əhəmiyyətli və görünməmiş bir mərhələ oldu. Avropa Birliyi və Avropa Parlamenti bu addımı nəzərə almalıdır və Azərbaycanla əməkdaşlığımızın yaxşılaşdırılması üçün bu əlverişli məqamdan daha yaxşı istifadə etməlidirlər», - deyə Norica Nicolai qeyd edib.

XS
SM
MD
LG