Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 23:58

Son 24 saat ərzində İtaliyanın Siciliya boğazında 1467-dən çox miqrant xilas edilib.

Bu barədə İtaliyanın sahil mühavizə xidməti məlumat yayıb.

Miqrantlar hələ də rezin qayıqlarda bu təhlükəli marşurutla İtaliyaya keçməyə can atırlar.

Sahil-mühavizə qüvvələri əsasən Şimali Afrikadan olan miqrantlarla dolu 6-dan çox rezin qayıq aşkar ediblər.

Onların hamısı xilas edilib.

Avropa Birliyi liderləri hazırda Brüsseldə Türkiyə ilə miqrant böhranını müzakirə edirlər.

Söhbət Türkiyənin qanunsuz miqrantları Avropadan geri qəbul etməsi, əvəzində bunun üçün Ankaraya əlavə vəsait ayrılması və onunla Avropa Birliyinə üzvlük danışıqlarının tezləşdirilməsi nəzərdə tutulur.

Günün bütün mövzuları

XS
SM
MD
LG