Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 04:23

-

Martın 18-də Bakı Apellyasiya Məhkəməsi ANS-in Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı daha səkkiz inzibati iddiasına baxıb.

«Report»un xəbərinə görə, ANS-in apellyasiya şikayətləri yenə təmin edilməyib.

Bu həftə ANS-in MTRŞ-ya qarşı 15 iddiasına baxılıb.

Məhkəmə MTRŞ-nın ANS-ə qarşı çıxardığı cərimə ilə bağlı qərarları qüvvədə saxlayıb.

Lakin bu, iki qurum arasında sürən məhkəmə çəkişmələrinin hələ hamısı deyil.

ANS-in baş direktoru Mirşahin Ağayev Şura sədri Nuşirəvan Məhərrəmovun ötən il oktyabrın 5-i və 13-də imzaladığı inzibati tənbeh haqqında qərarlarının ləğv edilməsi tələbi ilə Səbail məhkəməsinə üz tutmuşdu. Məhkəmə şikayəti təmin etməmişdi.

Qərardan narazı qalan şirkətin baş direktoru Bakı Apellyasiya Məhkəməsinə şikayət vermişdi. 26 şikayət üzrə Səbail rayon Məhkəməsinin qərarları ləğv edilmiş və iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmışdı. Səbail rayon Məhkəməsi isə həmin işləri yenidən baxılması üçün MTRŞ-ya göndərmişdi.

Ancaq MTRŞ sədri Səbail rayon Məhkəməsindən qaytarılan işə yenidən baxıb cərimə tənbeh tədbirini qüvvədə saxlamışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG