Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:33

-

Martın 17-də Muzey Mərkəzində Bakı Milli Geyim Evinin «Ənənədən gələcəyə» adlı milli geyim dəfiləsi keçirilib.

Mədəniyyət və Turizm Nazirliyinin yaydığı xəbərə görə, dəfilədə Azərbaycanın bütün bölgələrinə xas olan 20-dən çox qadın, kişi və uşaq geyimləri nümayiş olunur.

Geyimlərin hər biri əl işidir və geyim evinin kollektivi tərəfindən hazırlanıb.

Dəfilədə qız və oğlanlar milli geyimləri «Sarı gəlin», «Azərbaycan maralı» və «Laçın» xalq mahnılarının, Ü.Hacıbəylinin «Arazbarı» ritmik muğamı, Q.Qarayevin «Yeddi gözəl» baletindən valsın sədaları altında oynayaraq nümayiş etdiriblər.

Balacaların milli geyimdə bayram ab-havalı mahnı oxuyaraq rəqs etməsi dəfiləyə xüsusi rəng qatıb.

Geyim evinin bədii rəhbəri Könül Vəlibəyli hər il Novruz bayramından əvvəl ənənəvi olaraq bu layihəni həyata keçirdiklərini bildirib.

Könül Vəlibəyli onu da diqqətə çatdırıb ki, Bakı Milli Geyim Evinin 50-dən çox geyimi, hər il olduğu kimi, bu il də Novruz bayramı şənliyində sərgilənəcək.

Bakı Milli Geyim Evi 2009-cu ildə qurulub.

Geyim evindən Azərbaycanın bütün bölgələrinə məxsus milli geyimləri əldə etmək olar.

Günün bütün mövzuları

XS
SM
MD
LG