Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:40

-

Vətəndaş Cəmiyyətini Müdafiə Komitəsinin və «Siyasi Məhbuslarsız Azərbaycan» Alyansının nümayəndələri üç məhbusun ailəsinə baş çəkiblər. Həmin şəxsləri - Qorxmaz Camalovu, İlkin Rüstəmzadəni və Elvin Abdullayevi hüquq müdafiə təşkilatları siyasi məhbus kimi tanıyırlar. Alyans üzvləri onların ailəsini Novruz bayramı münasibətilə təbrik edib.

Prezident İlham Əliyev martın 17-də əfv sərəncamı verib. Sərəncam 148 məhkuma şamil edilib. Onlardan 137 nəfər azadlığa buraxılıb. 6 nəfər islah işləri cəzasının çəkilməmiş hissəsindən, 5 nəfər isə cərimə cəzasından azad edilib.

Əfv olunanlardan 14-ü siyasi məhbus siyahılarında yer alırdı.

Qorxmaz Camalov, İlkin Rüstəmzadə və Elvin Abdullayev isə əfvə düşənlərin arasında olmayıb.

Qorxmaz Camalov 2013-cü il dekabrın 9-da həbs edilib. O, dövlət əleyhinə çağırışlarda və qanunsuz dini ədəbiyyat yaymaqda günahlandırılaraq 8 il həbs cəzası alıb.

«Azad Gənclik» Vətəndaş Hərəkatının fəalı İlkin Rüstəmzadə də 2014-cü il mayın 6-da 8 il həbs cəzası alıb. O, isə hakimiyyət nümayəndələrinə silahlı müqavimət göstərməklə kütləvi iğtişaşlarda ittiham olunurdu

AXCP Gənclər Komitəsinin üzvü Elvin Abdullayev isə ötən il iyunun 3-də 6 illik həbs edilib. O, böyük həcmdə narkotik maddənin dövriyyəsində günahlandırılıb.

Alyans üzvləri həftənin əvvəlində isə Fərəc, Sirac Kərimli, Nemət Pənahlı və Məmməd İbrahimin ailəsinə baş çəkmişdilər. Məmməd İbrahimdən başqa, qalan bu 3 məhbus sonuncu əfvlə azadlığa qovuşublar.

XS
SM
MD
LG