Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 10:04

-

Rusiyadan kənarda yaşayan rus dilində yazan yazıçılara verilən Beynəlxalq "Rus premiyası" mükafatının uzun siyahısı açıqlanıb. Siyahı 2015-ci ildə çıxmış kitablar arasında seçim əsasında hazırlanıb.

Burada üç nominasiya var: şeir, hekayə, roman. Bu dəfə 12 ölkədən 34 müəllifin kitabı uzun siyahıya seçilib. Onların arasında keçmiş Sovet ölkələrində yaşayanlar da var, Avropada, ABŞ-da, Kanadada, Avstraliyada yaşayan rusdilli yazıçılar da.

Mükafat 2005-ci ildə təsis edilib. Rusiyanın üç əsas ədəbi mükafatından biridir. Ötən il mükafat Estoniyada, Almaniyada, Polşada yaşayan üç rusdilli yazıçıya verilmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG