Keçid linkləri

2024, 08 May, çərşənbə, Bakı vaxtı 04:55

Musharraf-a ölkədən çıxmaq icazəsi verildi


Pervez Musharraf
Pervez Musharraf

-

Pakistan keçmiş prezident Pervez Musharraf-ın ölkədən çıxmasına yaşıl işıq yandırıb.

«General Musharraf-ın vəkilləri müvafiq ərizə təqdim ediblər və Ali Məhkəmənin qərarına uyğun olaraq, hökumət ona xaricə müalicəyə getməyə icazə verib», - daxili işlər naziri Chaudhry Nisar Ali Khan martın 17-də deyib.

Musharraf artıq ötən gecə Dubaya uçmalıydı.

Khan deyib ki, vəkillər Musharraf-ın altı həftədən sonra ölkəyə qayıdacağına, məhkəmə qarşısına çıxacağına zəmanət veriblər.

Vəkillərin sözlərinə görə, o, Pakistanda mümkün olmayan əməliyyata görə xaricə getməlidir.

Musharraf-a qarşı ittihamlardan biri vətənə xəyanətdir. O, 1999-cu ildən 2008-ci ilədək hakimiyyətdə olub. 2008-ci ildə Pakistanı tərk etmiş Musharraf 2013-cü ildə seçkidə iştirak məqsədilə qayıdıb, ancaq çıxışına qadağa qoyulub və məhkəmə qarşısına çıxarılıb.

XS
SM
MD
LG