Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:49

-

Rusiya Prezidenti Vladimir Putin deyir k, Rusiya Suriyadakı hərbi qüvvələrini “bir neçə saata” bərpa edə bilər. Putin martın 17-də Kremldə danışıb. Üç gün öncə o, qüvvələrin Suriyadan qismən çəkilməsinə göstəriş verib.

Prezident deyir k, Moskva Suriyada İslam Dövləti (İŞİD) silahlı qruplaşması və digər ekstremist qruplarla mübarizə məqsədilə kifayət qədər qüvvə saxlayacaq.

“Əminəm ki, yaxın gələcəkdə yeni və ciddi uğurlar görəcəyik”, Rusiya lideri deyib. O, ümidini bildirib ki, İŞİD-in nəzarətində olan Palmira şəhəri tezliklə Suriya Prezidenti Bashar al-Assad qüvvələrinin əlinə keçəcək.

Putin-in sözlərinə görə, Rusiya bomba hücumlarına 33 milyard rubl (481.89 milyon dollar) xərcləyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG