Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 21:03

-

Avropa Birliyi liderləri Türkiyəyə maliyyə və siyasi güzəştlər etməyə razılaşıblar. Bir şərtlə ki, Türkiyə miqrantların Yunanıstana keçməsinin qarşısını alsın. Martın 18-də tərəflərin miqrant böhranı üzrə razılaşma əldə edəcəyinə ümidlər yaranıb.

Ötən günkü danışıqlar martın 18-nə keçən gecə bitib. Liderlər AB Prezidenti Donald Tusk-a Türkiyəni razılaşmanı bağlamaq mandatı veriblər. Razılaşmaya görə, Türkiyə Egey dənizindən Yunanıstana keçən bütün miqrantları qəbul edir. Əvəzində AB Türkiyədəki suriyalı qaçqınları qəbul edir, qaçqınların yerləşdirilməsindən ötrü 6 milyard avro (6.6 milyard dollar) ayırır, Ankaranın AB-yə üzvlük danışıqlarını və vizasız səyahət planlarını sürətləndirir.

AB Yunanıstana yeni gələn, sığınacaq şərtlərinə uyğun gəlməyən miqrantların Türkiyəyə qayıtmasına görə də pul ödəyəcək.

Qaytarılan hər bir miqrantın əvəzində AB bir suriyalı qaçqını qəbul edəcək, ümumilikdə 72 min qaçqın Avropaya yerləşdiriləcək.

Ötən ilin yanvarından bir milyon miqrant və qaçqın Türkiyədən Yunanıstana keçib. Təkcə bu il 132 min miqrant gəlib.

Günün bütün mövzuları

XS
SM
MD
LG