Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:54

Rəsul Rzanın Heydər Hüseynova məktubu


Rəsul Rza
Rəsul Rza

-

Heydər Hüseynov
Heydər Hüseynov

Heydər, salam!

Məktubum səni təəccübləndirəcək. Mən Moskvanın yaxınlığında Belorussko yaradıcılıq evinə işləmayə gəlmişəm.

Özümlə Nizaminin arxayın vaxtda, telefon, iclas olmayan bir zamanda yazdığı "Xosrov və Şirin”i gətirmişəm ki, yavaş-yavaş tərcümə edim getsin. İndi Nizami ilə birlikdə (tarixin ecazına bax!) Mayakovskini də tərcümə edirəm.

Sənin lüğətini gətirmişəm. Baxdım, sən yadıma düşdün, götürüb bu kağızı yazdım.

Bu tərcümələr, Heydər, məni lap təngə gətirib. Beş-altı tərcüməm var, yazmaq üçün ölürəm, ancaq bu zalım oğlu Nizamidə insaf yoxdur ki, yazıb yaza bildıkcə. Ə kişi, 14 min misra da poema olar? Cəfər Xəndan Cəfər Xəndanlığı ilə bu uzunluqda yazmır...

Nə isə, şərəfli işdir. Ancaq təəssüf ki, gec başlamışıq. Belə bir poemanı bir ilə, on aya yox, beş ilə səliqə ilə, təmkinlə tərcümə etmək lazım idi.

Buralarda yenə soyuq davam edir. Bu gün səhər 30 dərəcə şaxta vardı. Amma rus qışı görməli qışdır.

Geridən yavaş-yavaş qar uçur gəlir,
Baxdıqca insanın ruhu dincəlir


Nə gülürsən, deyirsən şairliyi tutub. Belədir da hərdənbir şairliyim tutur.
Lüğətin mənə çox kömək edir, çox sağ ol! Ancaq bəzi sözləri tapmayanda cinlənirəm. Çox zaman mənasını gözəl bildiyin bir sözü azərbaycanca deyə bilməyirsən. Bu hallarda da lüğət köməyə gəlir.

Əşi, sən çoxdan şairlərlə dostsan, elə deyilmi? Hələlik bu qədər. Sağ ol!

20.11 40-cı il

XS
SM
MD
LG