Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 09:27

Cavan ərəb şairlər Adonisi bəyənmirlər


Adonis
Adonis

-

"Hər nə qədər dili, təsvirləri gözəl olsa da, böyük şair, dünyanı, ərəb dilini və mədəniyyətini dəyişdirmək istəyən bir peyğəmbər olsa da, o, məni dindirmirdi, indi də dindirmir."

Iman Mersal
Iman Mersal

Iman Mersal

Beynəlxalq kandarda

(I.Mersal Misirin 1990-cılar ədəbi nəslinin nümayəndəsi, müasir ərəb şeirinin dünyada tanınmış simalarındandır)

Mən millət haqqında, gələcək haqqında böyük nağıllarla (böyük narrativlərlə) böyümüşəm, hamısı da ideoloji nağıllar.

Magistraturada oxuduğum illərdə Adonis'i keçirdik, gecəyarıya kimi oturub mənə aidiyyatı olmayan bu şairin şeirlərini oxuyurdum. Hər nə qədər dili, təsvirləri gözəl olsa da, böyük şair, dünyanı, ərəb dilini və mədəniyyətini dəyişdirmək istəyən bir peyğəmbər olsa da, o, məni dindirmirdi, indi də dindirmir.

Mənim dərdim başqa idi, özümü dərk etmək istəyirdim, gündəlik həyatın, yaddaşın, sözün təkcə siyasi, dini yox, böyük mənasında hakimiyyətin qaranlıq məqamlarını anlamaq üçün çarpışırdım.

Yeni nəslə ayrıca bir insanı kəşf etmək daha maraqlıydı, mən də öz səsimin axtarışındaydım.

Adonis'dən başqa, Mahmoud Darwish, Amal Donqol, Salah Abdel Sabour kimi bir çox ərəb şairləri var, onlar da onun kimi.

Mən ərəblərdə qadın şair olmadığına inanaraq böyümüşəm, amma sonra Sania Saleh'i tanıdım, təxminən üç il əvvəl. Heyrətə düşdüm, axı niyə yeniyetməlik illərimdə, məktəbdə oxuyanda belə bir şairi mənə tanıtmayıblar? Əgər onu daha tez oxusaydım, çox gözəl olardı.

Tərcümə olunmuş şeirləri oxuyurduq o vaxt. Çox tərcümələr pis olsa da, bizə təsiri olurdu. Onları oxumaqla poeziyanın müxtəlifliyini kəşf etmişdik. Məsələn, Constantine Cavafy, W. B. Yeats, Wisława Szymborska, Emily Dickinson, Nicanor Parra, Anna Axmatova.

İndi ərəb ədəbiyyatında çoxlu qadın şairlər var. Oxumağa dəyər. Son zamanlar oxuduqlarımdan Aya Nabih, Asmaa Yassen, Malaka Badr'ın adlarını çəkə bilərəm, amma sayları daha çoxdur.

Qeyri-ərəb ədəbiyyatı ilə ingilis dili vasitəsilə tanış oluram, beynəlxalq şeir tədbirlərinə qatılanda bir çox şairlə həyatda tanış oluram.

Məsələn, makedoniyalı şair Lidija Dimkovska ilə Rotterdam poeziya festivalında tanış oldum, sonra onunla iki dəfə də görüşdük. Belə tədbirlərdə görüşdüyüm başqa müasir şairlərdən albaniyalı Luljeta Lleshanaku'u bəyənirəm, onunla Londonda Parnassus Poeziya Festivalında tanış olmuşdum. Dominikandan olan Frank Baez və Çilidən olan Taller Nadia Prado ilə Nikaraquada tanış olmuşam.

Mənim yaşadığım Edmontonda iki doğrudan da yaxşı şair var: Bert Almon və Shawna Lemay. Yaxşı bir şair, yaxşı bir şeir kəşf etmək hər zaman hədiyyədir.

2007-ci ildə Sloveniyaya Poeziya və Şərab Günləri adlı şeir gecəsinə dəvət olunmuşdum. Orada yeganə ərəb idim. Onlar şeirləri tədbirdən əvvəl ingilis, sloven və orijinal dilində çap edirlər, sonra almanaxı oradakılara paylayırlar, yəni orada olan şairlərin şeirlərini oxuya bilirdim.

Hiss edirdim ki, pəncərə açılıb. Onların mövzuları və təsvirlərilə ərəb poeziyasının 1990-lardan sonrakı nümunələri arasında elə oxşarlıq var ki. Təsəvvür edin, post-kommunist Rumıniyada yaşayan bir şair və ərəb millətçiliyi, İraq müharibəsi, Fələstin böhranı kimi çoxlu ideoloji keşməkeşlərdən sonra yaşayan mən.

Biz eyni bir kandardan keçirik. Biz ayrı-ayrı mədəniyyətlərdə, amma eyni məqamları yaşayan insanlarıq.

Qantare.de səhifəsinə müsahibəsindən

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG