Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:47

Münhen məhkəməsi Markus Reicheli dövlətə xəyanət ittihamı ilə 8 il azadlıqdan məhrum edib.

O ABŞ və Rusiyanın xeyrinə casusluqda ittiham olunur.

32 yaşlı Reichel etiraf edib ki, 4 il ərzində ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə 80 min avro müqabilində 200-dən çox sənəd ötürüb.

Bu sənədlərdə xaricdəki Almaniya agentlərinin real və kod adları, habelə ünvanları göstərilibmiş.

O həmçinin Rusiya kəşfiyyatına 3 sənəd verib.

Reichel 2007-ci ildə Federal kəşfiyyat idarəsində işə götürülüb və məxfi sənədlərin olduğu poçt bölməsində işləyirmiş.

O 2014-cü ildə həbs edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG