Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:08

“Hizbi İslami” qrupu Əfqanıstan hökuməti ilə sülh danışıqlarına başlayıb.

Gulbuddin Hekmatyarın rəhbərlik etdiyi bu qrupun nümayəndələri Kabildə Ali Sülh Şurasının üzvləri ilə birlikdə mətbuat konfransı keçiriblər.

Bu şura Əfqanıstanda sülh prosesinə nəzarət edir.

“Hizbi İslami” qrupu nümayəndə heyətinin rəhbəri Karim Amin digər qrupların da sülh prosesinə qoşulacağına ümidlə yanaşdığını bildirib.

Qeyd edək ki, Taliban həftənin əvvəllərində Əfqanıstan hökuməti ilə birbaşa danışıqlardan imtina edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG