Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 22:02

-

Prezident İlham Əliyev Xarici Kəşfiyyat Xidmətinin rəisi Orxan Sultanova və Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini İsmayıl Bağırova general-mayor rütbəsi verib.

Ölkə başçısı bununla bağlı sərəncamları martın 17-də imzalayıb.

Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti 2015-ci ilin dekabrında ləğv olunan Milli Təhlükəsizlik Nazirliyinin bazası əsasında yaradılıb. Genera-mayor rütbəsi alan Orxan Sultanov elə dekabrda Xarici Kəşfiyyat Xidmətinin rəhbəri təyin olunmuşdu.

İsmayıl Bağırov isə ölkə başçısı tərəfindən martın 7-də Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini təyin olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG