Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 17:51

Balkan marşurutu bağlandığından hazırda Yunanıstanla Makedoniya sərhədinə minlərlə miqrant yığışıb.

Bu marşurutla indiyədək Avropa Birliyi ölkələrinə təxminən 1 milyon qaçqın keçib.

Ümumilikdə isə digər marşurutlar da daxil olmaqla Avropa Birliyi ölkələrinə milyondan çox qaçqın keçib.

Bu ikinci dünya müharibəsindən sonra Avropaya ən böyük kütləvi miqrant axınıdır.

Qaçqınların əksəriyyəti hazırda müharibə gedən Suriya, İraq və Əfqanıstandandır.

Yunanıstanın Makedoniya ilə sərhəddə yerləşən İdomeni şəhəri ətrafındakı qaçqın düşərgəsində acınacaqlı vəzittəy, ərzaq və içməli su qıtlığı yaranıb.

Azı 12 min miqrant palçıq, çirkli düşərgədə antisanitariya şəraitində yaşayır.

Onlardan birinə Hepatit Adiaqnozu qoyulması infeksiyanın yayılması riskini çoxaldıb.

Avropa Birliyi ilə Türliyə martın 15-də Beüsseldə miqrant problemini müzakirə edirlər.

İlkin razılaşmaya görə Türkiyə Avropadan sığınacaq ala bilməyən qaçqınları geri qəbul etməli, əvəzində ona maliyyə yardımı artırılmalı və Türkiyənin AB-nə qəbulu ilə bağlı danışıqlar prosersi tezləşdirilməlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG