Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:45

-

Cinayət Məcəlləsinə yeni maddə əlavə olunur. Söhbət 308-1-ci maddədən, yəni büdcədən və ya dövlət fondlardan təyinatdan kənar xərcləmələrə görə məsuliyyətdən gedir.

«Report» xəbər verir ki, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin martın 17-də keçirilən toplantısında təklif bəyənilib. Parlamentin plenar müzakirəsinə verilib.

Parlament bu layihəni qəbul edərsə, büdcə və digər dövlət vəsaitlərini təyinatdan kənar istifadə edənlər həbs oluna bilər.

Həmin maddəyə görə, dövlət büdcəsindən və kənar dövlət fondlarının vəsaitindən təyinatı üzrə istifadə etməyənləri 8000 manatdan 10000 manata qədər cərimə gözləyəcək. Üstəlik, onlar 3 il həbs cəzası da ala bilərlər.

Külli miqdarda vəsait təyinatdan kənar xərclənərsə, günahkarlara 3 ildən 6 ilə qədər həbs cəzası verilə bilər. Külli miqdarda dedikdə, 250 min manat və daha çox məbləğ nəzərdə tutulur.

Günün bütün mövzuları

XS
SM
MD
LG