Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:15

-

Rusiya Prezidenti Vladimir Putin İsrailin Baş naziri Benjamin Netanyahu ilə görüşüb Yaxın Şərqdə təhlükəsizlik durumunu müzakirə edəcək.

Putin bunu Moskvada səfərdə olan İsrail Prezidenti Reuven Rivlin-ə deyib.

Martın 16-da keçirilən görüşdə Rivlin xahiş edib ki, Rusiya BMT-nin sülhməramlı missiyasının bərpasına çalışsın. Bu missiya Suriyada müharibənin uzunmüddətli həllinin bir hissəsi kimi nəzərdə tutulur.

Hazırda BMT sülhməramlıları Golan yüksəkliklərində İsrail-Suriya sərhədinə nəzarət edirlər. Rivlin onu da deyib ki, İsrail İran və ya Hezbollah döyüşçülərinin Golan-da möhkəmlənməsinə imkan verməyəcək.

İsrail Hezbollah-ı düşməni sayır. Hezbollah Suriya rejimini dəstəkləyir.

İsrail Suriya müharibəsində neytral mövqe tutsa da, Hezbollah-ın şübhəli silah transferlərinə zərbələr endirir. Suriyaya belə hücumların birində İran generalı və iki Hezbollah döyüşçüsü həlak olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG