Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:10

-

Martın 16-da İraqın Kərkük şəhəri yaxınlığında ordunun təyyarəsi qəzaya düşüb. Ordu qəzaya texniki problemin səbəb olduğunu desə də, İslam Dövləti (İŞİD) döyüşçüləri təyyarəni vurduqlarını iddia edirlər.

Hərbi mənbələr kəşfiyyat missiyası həyata keçirən təyyarənin 3 heyət üzvünün itkin düşdüyünü bildirir.

İŞİD-in tvitter sosial şəbəkəsində yerləşdirdiyi videoda yerə düşən təyyarə göstərilir. İŞİD təyyarənin 5 heyət üzvünün öldürüldüyünü bildirir.

Təyyarənin qalıqları qəzaya düşmüş Cessna Caravan-a bənzəyir, yaraqlılar onun ətrafında uğurlarını qeyd edirlər.

İŞİD fevralın 17-də İraqın hərbi vertolyotunu vurmuş, 2 heyət üzvü ölmüşdü.

Günün bütün mövzuları

XS
SM
MD
LG