Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:50

-

ABŞ-ın Federal Rezerv Sistemi (FED) çərşənbə günü uçot dərəcəsini dəyişməyib, 0.25-0.50 faiz diapazonunda saxlayıb.

FED yaydığı açıqlamada son aylar ərzində inflyasiyanın artdığını qeyd edir. “Ancaq qlobal iqtisadi və maliyyə prosesləri risklər yaratmaqdadır və bu il ərzində inflyasiya aşağı həddə qalacaq”, bəyanatda deyilir.

Bəyanatdan sonra dollar avro və yenə qarşı dərhal ucuzlaşıb.

FED ilin sonunadək işsizliyin 4.7 faizə, 2017-2018-ci illərdə daha da düşəcəyəni proqnozlaşdırır.

Bu il üçün inflyasiyanın 1.6 faizdən 1.2 faizə düşəcəyi proqnozlaşdırılır.

FED-in növbəti iclası aprelin sonuna planlaşdırılır.

XS
SM
MD
LG