Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:47

"Sovetski"də yanğın. Ölən var. [VIDEO]


►"Evdə oturmuşduq, partlayış səsi gəldi. Tez oğluna zəng etdik, qaça-qaça gəldi. Girdi evə, atasını çıxardı, amma öz saçı-başı alışıb yandı. Onu da apardılar xəstəxanaya. Anası qaldı içəridə..."

Bakının "Sovetski" kimi tanınan Mirzağa Əliyev küçəsində şəxsi evlərdən birində yanğın baş verib.

İlkin məlumata görə, bir nəfər ölüb, iki nəfər yaralanıb.

Sakinlərdən biri AzadlıqRadiosuna deyib ki, təbii qazı kəsib qəfildən veriblər, yanğın bu səbəbdən baş verib.

Qonşular AzadlıqRadiosunun müxbirinə deyiblər ki, təcili yardım maşını 50 dəqiqəyə gəlib və gecikməni yolların tıxac olması ilə əsaslandırmağa çalışıb. Yol dar olduğu üçün yanğınsöndürən maşın da evə tam yaxınlaşa bilməyib.

Xəsarət alanlardan ikisi həlak olan qadının əri və oğludur. Qonşulardan biri hadisəni belə təsvir edib:

"Evdə oturmuşduq, partlayış səsi gəldi. Tez oğluna zəng etdik, qaça-qaça gəldi. Girdi evə, atasını çıxardı, amma öz saçı-başı alışıb yandı. Onu da apardılar xəstəxanaya. Anası qaldı içəridə..."

____________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

RƏSMİ MƏLUMAT

Fövqəladə Hallar Nazirliyi isə xəbər yayıb ki, "Yasamal rayonunda ikimərtəbəli taxta konstruksiyalardan ibarət ümumi sahəsi 600 kv m olan binanın 1-ci mərtəbəsində yanğın olub. 1 nəfər yanıq xəsarəti alıb, iki nəfər tüstüdən zəhərlənib. 1941-ci il təvəllüdlü Şərqiyyə Quliyevanın meyiti aşkar edilib. Yanğın 19.50 də söndürülüb."

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG