Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:23

Ukraynada rəy sorğusu keçmiş baş nazir Yuliya Timoshenkonun prezidentliyə şansının daha yüksək olduğunu göstərir.

İnternet portalı olan “Şərhçi” nəşri Kiyevdəki beynəlxalq sosioloqiya institutunun keçirdiyi sorğuya istinadla yazır ki, əgər prezident seçkisi bu il martın ortalarında keçirilsə Timoshenko təxminən 21, prezident Pero Poroshenko 18, “Radikal partiyası”nın lideri Oleg Lyashko isə 12 faiz səs toplayar.

Ali Rada seçkilərində isə Timoshenkonun “Batkivşina” partiyası 18,5 , “Müxalifət bloku” 13,5 , “Petro Poroshenko Bloku” isə təxminən 11 faizdən bir qədər artıq, baş nazir Arseniy Yatsenyukun “Xalq cəbhəsi” partiyası isə 2 faizə yaxın səs toplaya bilər.

Ukraynada növbəti prezident seçkisi 2019-cu il martın 31-ə təyin edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG