Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:07

Assadın nümayəndəsi müxalifətlə görüşmədi


Mohammed Alloush və Bashar al-Jaafari

Mohammed Alloush və Bashar al-Jaafari

Suriya hökuməti nümayəndə heyətinin rəhbəri Bashar al-Jaafari müxalifətlə birbaşa danışıqlara başlamaqdan imtina edib.

3 gündür ki, Cenevrədə Suriya ilə bağlı sülh danışıqlarının növbəti mərhələsi keçirilir.

Jaafari martın 16-da deyib ki, müxalifətin Ali Danışıqlar Komitəsinin rəhbəri Muhammad Alloush üzr istəməyincə onunla təkbətək görüşməyəcək.

Alloush deyib ki, Suriyada siyasi keçid prosesi prezident Bashar Assadın getməsi və ya ölümündən sonra başlaya bilər.

Jaafari BMT-nin Suriya üzrə xüsusi elçisi Staffan de Mistura ilə görüşdən sonra Alloushini terrorçu qrupun üzvü olmaqda ittiham edib.

Müxalifət liderləri martın 15-də hökumət rəsmilərilə üzbəüz görüşə hazır olduqlarını bildirmişdilər.

5 ildir ki, davam edən Suriya müharibəsində 270 mindən çox adam ölüb.

Rusiya martın 15-dən Suriyadakı əsas qüvvələrinin çıxarılmasına başlayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG